15 oktyabr 2021, 17:00

Sahib Əhmədovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.

Mən şəhid övladıyam. Atam Sahib Əhmədov Birinci Qarabağ müharibəsində şəhid olduqdan sonra doğulduğuma görə onun adını daşıyıram və bununla qürur duyuram.

Sizin və Mehriban xanımın Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bütün şəhid ailələrinin problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Yaşadığımız ev qəzalı olduğu üçün bu yaxınlarda maddi vəsait və tikinti materialları ilə təmin olundum. Anam vəfat etdiyi günlər də qayğı ilə əhatə olunmuşdum. Mən şəhid övladı olaraq daim dövlətimizin qayğısını hiss etmişəm. Bütün bunlara görə Sizə dərindən təşəkkür edirəm.

Torpaqlarımızın işğaldan azad edilməsinə nail olduğunuz üçün, şəhidlərimizin qisasını aldığınız üçün, hər zaman şəhid övladlarının sevincinə sevinc qatdığınız üçün Sizə minnətdarıq. Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,

Əhmədov Sahib Sahib oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.