15 oktyabr 2021, 13:40

Aybəniz Hüseynova və başqalarından, Naftalan, Azərbaycan

Möhtərəm Prezident!

Hər kəsə yaxşı məlumdur ki, Sizin rəhbərliyinizlə ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Tarix boyu heç bir zaman asfalt örtüyü olmayan yollar əsaslı təmir edilir, onlara asfalt örtüyü çəkilir. Bununla bağlı imzaladığınız çoxsaylı sərəncamlarda biz naftalanlılara da pay düşdüyü üçün çox sevinirik və minnətdarıq.

Əziz Prezidentimiz, Siz daim xalqımızı düşünür, vətəndaşların qayğısına qalırsınız. Siz xalqını, Vətənini, torpağını sevən və müstəqil Azərbaycanın inkişafı yolunda durmadan çalışan Liderimizsiniz. Sizinlə fəxr edirik.

Allah Sizə yar olsun.

Hörmətlə,

Hüseynova Aybəniz Camal qızı,

Əliyev Sabiq Hüseyn oğlu,

Məstəliyeva Xalidə Camaləddin qızı,

Kərimov Aslan Yusif oğlu.

Azərbaycan Respublikası, Naftalan şəhəri.