15 oktyabr 2021, 15:00

İlahə Novruzovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərlə Siz bizim solmuş çiçəklərə bənzəyən ümidlərimizə can verdiniz, puç olduğunu hesab etdiyimiz arzularımızı gerçəkləşdirdiniz. Sizin qətiyyətiniz, iradəniz, uğurlu siyasətiniz sayəsində biz qalib ölkənin qalib vətəndaşları olmaq qürurunu yaşayırıq. Fəxr edirik ki, başımızı uca, alnımızı açıq edən Sizin kimi məğrur liderimiz var.

Cənab Prezident, Siz bu Qələbə ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz, dövlətimizin gücünü, qüdrətini, xalqımızın birliyini, mübarizliyini bütün dünyaya sübut etdiniz. Sizin dəmir yumruğunuz, ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində düşmən qarşımızda diz çökdü. Hər bir azərbaycanlı 30 il işğal altında qalmış torpaqlarımızı bu gün azad görməyin sevincini, milli qürur hissini yaşayır. Bu xoşbəxtliyi bizə Siz bəxş etdiniz.

Təşəkkürlər Azərbaycan xalqının xilaskarı!

Təşəkkürlər Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

İlahə Novruzova

Füzuli rayon 45 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.