15 oktyabr 2021, 11:38

Akif Fidayevdən, Sumqayıt, Azərbaycan

Əziz Prezidentimiz, Müzəffər Ali Baş Komandan.

Tarixi Qələbəmiz xalqımızın birliyini möhkəmləndirdi, eyni zamanda, Sizə olan güvənini, məhəbbətini daha da artırdı. İşğaldan azad edilmiş ərazilərimizdə bu gün Sizin bilavasitə nəzarətinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri dövlətimizin gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirir. Azərbaycanı bugünkü inkişaf səviyyəsinə Siz çatdırmısınız. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz bundan sonra daha da inkişaf edəcək.

Siz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə yanaşı, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Yaratdığınız dəyər güclü və firavan Azərbaycan dövlətini əbədi edəcək.

Tarixi Qələbəmizə görə Sizə minnətdarıq. Biz Sizinlə qürur duyuruq. Dövlətinə və millətinə sonsuz sevgisi olan bir vətəndaş olaraq hər zaman Sizin xidmətinizdəyəm.

Hörmətlə,

Fidayev Akif Məmmədxan oğlu

Qubadlı rayonu Ballıqaya kəndinin sakini

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.