Aidə Zülfüqarovadan, Xocavənd, Azərbaycan
14 oktyabr 2021, 11:33
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşməndən azad olundu. Bu, bizi çox sevindirdi. Artıq məcburi köçkün deyilik.
Sizin Hadrut qəsəbəsində məscidin təməlini qoymağınız isə xüsusi əhəmiyyətə malikdir. Bu təməl Qarabağın əsl sahiblərinin kimliyinin sübutudur. Biz buna görə Sizə minnətdarıq.
Müzəffər Ali baş Komandan, güclü Azərbaycan naminə həmişə Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın yanındayıq, Sizin rəhbərliyinizlə xalqımızın bundan sonra da böyük qələbələr qazanacağına əminik.
Hörmətlə,
Zülfüqarova Aidə
Azərbaycan Respublikası, Xocavənd rayonu, Xətai kəndi.