28 sentyabr 2021, 18:44

Emil Azayevdən, Şirvan, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Ötən il bütün Azərbaycan üçün dönüş ili oldu, qayıdış ili oldu.

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi tarixə qızıl hərflərlə yazıldı. İgid Azərbaycan oğulları öz qanları, canları, hünərləri ilə Zəfər yazdılar. Sizin sərəncamınızla sentyabrın 27-si Anım Günü kimi təsis edilib. Bu münasibətlə bütün ölkədə, həmçinin Şirvan şəhərində anım tədbirləri keçirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhidlər xiyabanı ziyarət olundu. Sizin bəyan etdiyiniz kimi, şəhidlərimiz heç vaxt unudulmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hörmətlə,

Emil Azayev

Azərbaycan Respublikası, Şirvan şəhəri.