28 sentyabr 2021, 18:24

Elşad Zöhrabovdan, Samux, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Biz əvvəllər təqvimdə bir çox günü kədərlə qarşılayırdıq. Şəhər və rayonlarımızın işğalı günləri bizi buna vadar edirdi. Sizin və şanlı Ordumuzun sayənizdə artıq kədərli günləri qürurlu günlər əvəz etmişdir. Sentyabrın 27-si Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, Zəfər gününün başlanğıcıdır. İnşallah, 8 Noyabr – Zəfər Gününün ildönümünü də qürurla qeyd edəcəyik. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq və hər zaman xalqımız tərəfindən ehtiramla anılacaqdır.

Rəbbimə şükürlər olsun ki, Siz bizim Prezidentimizsiniz. Hər şeyə görə çox sağ olun.

Hörmətlə,

Elşad Zöhrabov

Azərbaycan Respublikası, Samux şəhəri.