28 sentyabr 2021, 17:32

Kəmalə Səfərovadan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Biz Vətən müharibəsinin başlanmasının ildonümünü və şəhidlərin xatirəsini hörmətlə yad edirik.

Bir il bundan əvvəl 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad edəcəyimizə inanırdıq. Bu qədər qısa müddətdə, 44 gün ərzində Qələbə qazanmağımız məhz Sizin apardığınız məqsədyönlü siyasət, Ali Baş Komandanı olduğunuz rəşadətli Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqın “dəmir yumruq” kimi Sizin ətrafınızda birləsməsinin nəticəsidir.

Vətən müharibəsində torpağının azadlığı uğrunda canından keçən səhidlərimizin ruhu qarşısında baş əyirik.

Hörmətlə,

Kəmalə Səfərova

Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndi.