28 sentyabr 2021, 18:00

Elvira Hacıbalayevadan, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Respublikamızın hər bölgəsində olduğu kimi, Qusar rayonunda da şəhidlərimiz hər zaman dərin hörmət və ehtiramla yad edilir. Canları bahasına Qələbə sevincini bizə yaşadan şəhidlərimizin sentyabrın 27-si Anım Günü olmaqla bərabər, həm də şanlı Qələbəmizin möhkəm təməlinin qoyulduğu tarixi gündür. Siz başda olmaqla, Ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına torpaqlarımız işğaldan azad olundu və beləliklə Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi. Bu müddət ərzində uşaqdan tutmuş gəncə, qocadan tutmuş ahıla kimi hər kəs Sizin ətrafınızda sarsılmaz “Dəmir yumruq” kimi birləşdi və məhz bu bizim tarixi Qələbəmizin əsasını qoydu.

Müzəffər Ali Baş Komandan, bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edir, Azərbaycan xalqının rifahı naminə Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram!

Hörmətlə,

Hacıbalayeva Elvira Arif qızı

Azərbaycan Respublikası, Qusar rayonu, Çiləgir kəndi.