28 sentyabr 2021, 17:00

Yeganə Məmmədovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Sizin xalqa müraciətinizi qürurla dinlədim. Qalib xalqın qürurlu nümayəndəsi və bir Azərbaycan müəllimi olaraq Sizinlə, şəhidlərimizlə, qazilərimizlə və Vətən müharibəsində canla-başla iştirak edən xalqımla bir daha qürur duydum.

Sizin çıxışınız bizi qürurlandırdı və dünyaya bir daha sübut etdi ki, Azərbaycanın qürurlu dövlət başçısı və onun yanında duran, onu cani-könüldən sevən xalqı var.

Əziz Prezidentim, biz daim birlikdə Sizin dəmir yumruq ətrafında birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq. Mənfur düşmən artıq səhv etməyə cürət edə bilməz.

Bugünkü çıxışınızla bizi bir daha fərəhləndirdiniz. Sizə dərin minnətdarlığımı bildirir, Allahdan Sizə uzun ömür, sağlam həyat diləyirəm.

Xalqımız üçün hər zaman özünüzə yaxşı baxmağınızı arzulayıram. Biz hər zaman Sizin yanınızdayıq. Azərbaycan xalqı Sizi çox sevir.

Hörmətlə,

Məmmədova Yeganə Həsən qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.