28 sentyabr 2021, 16:30

Əli İsalıdan, Bakı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Mən 12 saylı tam orta məktəbin 7a sinif şagirdiyəm. Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın Anım Günüdür. Bütün şəhid olan qardaşlarımızın ruhu şad olsun. Siz nə zaman səfərbərlik elan etsəniz yaşımın az olmasına baxmayaraq bir Vətən oğlu olaraq əmrinizin icrasına hazıram!

30 il həsrətdən sonra bizə verdiyiniz hər qələbə xəbərindən sonra sevincimizin həddi-hüdudu yox idi. Qarabağda qazandığımız Qələbə ilə bütün şəhid qardaşlarımızın intiqamını aldıq. Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Hörmətlə,

İsalı Əli Vasif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.