28 sentyabr 2021, 16:00

Məzahir Əhmədovdan, Abşeron, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Siz bizə ən xoş günlərimizi Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla yaşatdınız. Siz təqvimdəki işğal günlərini ləğv edib, bizə Zəfər Günü yaşatdınız. Mənim uşaqlığım doğma Laçında keçib. Uzun illər işğal altında olan ata-baba yurdlarımıza həsrət qalmağımıza baxmayaraq, hər zaman ürəyimizdə bır inam var idi ki, Ali Baş Komandanımız mütləq torpaqlarımızı işğaldan azad edəcək.

Cənab Prezident, 44 günlük müharibədə bütün dünyaya Azərbaycanın gücünü göstərdiniz. Sizin rəhbərliyiniz ilə doğma yurdumuzun işğaldan azad edilməsi uğrunda bir qrup keçmiş döyüşçü və qazi olaraq döyüşlərdə iştirak etmək üçün müraciət etdik, lakin ehtiyac olmadığını bildirdilər. Siz təkcə torpaqlarımızı deyil, bizim uşaqlıq xatirələrimizi işğaldan azad etdiniz. İndi mən Laçında evimizi ziyarət edəcəyim, o yerləri bir də görəcəyim günü səbirsizliklə gözləyirəm. Bu xoşbəxtliyi bizə nəsib etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizin rəhbərlik etdiyiniz ölkədə yaşadığım üçün çox xoşbəxtəm. Allah hər zaman Sizə kömək olsun.

Qarabağ münaqişəsini birdəfəlik həll etdiyiniz üçün Sizə minnətdarıq. Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız!

Hörmətlə,

Məzahir Əhmədov

“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin Mehdiabad üzrə şöbəsinin sədri

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.