28 sentyabr 2021, 11:00

Qalib Quliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən bir Xocalı gənci kimi torpaqlarımızın işğaldan azad olunacağı günün yaxınlaşdığına əmin edim. Buna görə də redaktoru olduğum "Xocalının səsi" qəzetinin səhifələrində, ictimai həyatda daim Sizin daxili və xarici siyasətinizi dəstəkləmişəm, bundan sonra da Sizin siyasətinizə sadiq qalacağam. Fəxr edirəm ki, Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz, rəşadətli ordumuz və həmrəy xalqımız var. Sizə olan böyük ehtiramımı, uğurlu gələcəyimizə, şanlı qələbələrimizə olan inamımı öz şeirimlə çatdırmaq istəyirəm.

Allah Sizi qorusun!

Verək səsimizi haqqın səsinə

Önümüzdə güclü rəhbərimiz var,

O, xalqa köməkdir, xalqa havadar.

Xalqımız firavan, xoşbəxt bəxtiyar,

İlhamla üzümüz daim güləcək,

Hələ qarşıdadır gözəl gələcək!

Ürəyi xalq ilə bir yerdə vurur,

Abad edir yurdu, şəhərlər qurur.

Müzəffər Ordumuz yaşadır qürur,

Gəlməz ölkəmizin uğuru saya,

Yayıb şanımızı bütün dünyaya!

Onun hər əməli Öndər sayağı,

Xalqın inam yeri, ümid, dayağı!

Yetişib sədaqət, həmrəylik çağı,

Verək səsimizi haqqın səsinə,

Vətənin işıqlı təntənəsinə!

Hörmətlə,

Quliyev Qalib Bəyməmməd oğlu

"Xocalının səsi" qəzetinin redaktoru, Xocalı rayon sakini

Azərbaycan Respublikası, Gəncə şəhəri.