28 sentyabr 2021, 15:20

Gülər İbrahimlidən, Şirvan, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz.

Pandemiyanın ilk günlərindən ənənəvi təhsil mümkün olmasa da, təhsil müəssisələrimiz distant və digər formada məktəblilərin elmə, təhsilə yiyələnməsi üçün əllərindən gələni etdilər. Bu il sentyabr ayının 22-dən artıq ənənəvi dərslərə başlanıldı. Bu bizləri çox sevindirdi.

Sizin göstərişinizlə təhsilimizin inkişafına təkan verən bir sıra layihələr həyata keçirilir. Şirvan şəhərində də belə işlər görülür. 21 nömrəli tam orta məktəbin binası yenidən tikilib istifadəyə verilmişdir. Bu da şagirdlərimizin mükəmməl təhsil alması üçün zəmin yaradır.

Təhsilimizə göstərdiyiniz diqqət üçün Sizə minnətdarıq.

Hörmətlə,

Gülər İbrahimli

Azərbaycan Respublikası, Şirvan şəhəri.