28 sentyabr 2021, 14:20

Rahil Məlikovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi sevən, daim dəstəkləyən Qarabağ müharibəsi əlili kimi ilk öncə Sizi salamlayır, Sizə cansağlığı, uzun ömür arzu edirəm.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tərəqqi yolu Sizin rəhbərliyinizlə uğurla inkişaf etdirilir, dövlətimiz iqtisadi, siyasi, hərbi cəhətdən gündən-günə möhkəmlənir, işğaldan azad olunmuş doğma torpaqlarımızın yenidən dirçəlməsi hamımızı fərəhləndirir. Əldə olunmuş nailiyyətlərə görə hər birimiz Sizə minnətdarıq.

Bütün sahələrlə yanaşı, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, ədalət mühakiməsinin təkmilləşdirilməsi, bu işlərin müasir çağırışlara uyğun yeni mərhələdə təşkili vətəndaş hüquqlarının məhkəmə müdafiəsini daha da gücləndirir.

İcraatda olan işlərə məhkəmələrdə qərəzsiz, ədalətlə, vətəndaşlarin hüquq bərabərliyi və qanuna müvafiq şəkildə baxması vətəndaşlar tərəfindən alqışlanır.

Cənab Prezident, Sizin “ölkəmizin uğurlu inkişafi üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir” sözləriniz hər bir məmurun insanlara layiqli xidmət göstərməsi üçün işin düzgün qurulması tapşırığıdır.

Sizə ölkəmizin inkişafı naminə gördüyünüz işlərə görə dərin minnətdarlığımı bildirir, uğurlu fəaliyyətinizdə bol-bol müvəffəqiyyətlər arzu edirəm.

Var olun, cənab Prezident.

Hörmətlə,

Məlikov Rahil Sahil oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.