28 sentyabr 2021, 12:00

Səbinə Əsədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bunu fəaliyyətimə olan böyük diqqət, əməyimə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Bundan sonra da Vətənim naminə həvəslə çalışacağam.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, səadət dolu günlər arzulayıram.

Dərin hörmətlə,

Əsədova Səbinə Çingizovna

Azərbaycan Respublikasının Əməkdar artisti

Azərbaycan Respublikası, Bakı şəhəri.