15 sentyabr 2021, 16:00

Ayaz Əcəmovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın həm ölkə daxilində, həm də xaricdə mövqeyi müsbət istiqamətdə dəyişməyə, güclənməyə başladı.

Güclü lider kimi qazandığınız uğurlar atanızın yolunu davam etdirdiyinizi və vətəndaşlarımızın sosial vəziyyətini yaxşılaşdırmaq üçün uğurlu siyasət həyata keçirdiyinizi bir daha təsdiq edir.

Uğurlu fəaliyyətinizə görə Sizə minnətdaram, Qarabağı öz sahiblərinə qaytardığınız üçün isə Sizin qarşınızda baş əyirəm. Mənim uşaqlıqdan iki kumirim var idi - Heydər Əliyev və atam. Artıq Siz də mənim kumirimsiniz.

Əminəm ki, ölkəmizin sürətli inkişafı üçün gördüyünüz işlər bizi daim güclü edəcək. Mən Sizə inanıram və ailənizə ən xoş diləklərimi çatdırıram.

Hörmətlə,

Ayaz Əcəmov

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.