15 sentyabr 2021, 11:00

Tirmə Həmzəyevədən, Siyəzən, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq bu məktubu Sizə böyük Qələbə sevinci və fərəh hissi ilə yazıram. İlk olaraq bildirmək istərdim ki, hər bir Azərbaycan vətəndaşı Sizinlə qürur duyur. Gördüyünüz bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəran qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Cəmiyyətimiz Azərbaycan xalqı ilə hakimiyyətin möhkəm birliyini, Prezidentin həmişə xalqın, xalqın da həmişə dövlətimizin başçısının yanında olduğunu bir daha gördü.

Hörmətli cənab Prezident, məmnuniyyətlə qeyd etmək istəyirik ki, belə çətin zamanda əhalinin, o cümlədən biz şəhid ailələrinin sosial təminatı diqqət mərkəzində saxlanıldı və sosial siyasətin dövlətin əsas istiqamətlərindən biri olduğu bir daha sübuta yetirildi. Əminik ki, Sizin yüksək peşəkarlığınız, uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan gündən-günə daha da inkişaf edəcək və gözəlləşəcək.

Əziz Prezidentimiz, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı düşmən tapdağından azad etdiyinizə görə şəhid ailəsi olaraq şəxsən öz adımdan və övladlarımın adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Həmzəyevə Tirmə.

Azərbaycan Respublikası, Siyəzən şəhəri.