15 sentyabr 2021, 13:44

Tehran Əmiraslanovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Böyük Qələbənin ildönümünə qısa vaxt qalır. Bu bir il sanki bir göz qırpımında keçdi. Amma qürurlu və qəhrəmanlıq xatirələri ilə yaddaşlarımızda qaldı, tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Bu gün biz güclü dövlətik, sabah da güclü olacağıq. Çünki dövlətimizin Sizin kimi müdrik rəhbəri var. Siz hər zaman xalqın yanında olan Lidersiniz.

Cənab Prezident, bun gün qəlbində Vətən sevgisi olan hər kəs xalqına xidmət etməkdədir. Bu xidmət, bu düşüncə məhz Sizin rəhbərliyiniz dönəmində geniş vüsət aldı. Mən bir vətəndaş kimi hər zaman ölkəmizə, Vətənimizə xidmət göstərməyə, bacardığım yardımı əsirgəməməyə çalışıram. Ölkəmiz nə qədər güclü və sabit olarsa, o zaman bir yerdə inkişaf edəcək, birlikdə yüksələcəyik. Xalqımız, vətəndaşlarımız nə əldə ediblərsə, ölkəmizdəki sabitlik və iqtisadi uğurlar nəticəsində buna nail olublar. Mən bir sahibkar kimi hər zaman Sizi dəstəkləyirəm.

Ötən il ağır və şərəfli müharibə tarixi keçdik. İndi işğaldan azad olunmuş ərazilərimizdə Sizin tapşırığınız və nəzarətiniz ilə böyük quruculuq işləri gedir. Şəhid ailələrinə, müharibədə yaralanmış qazilərimizə yüksək səviyyədə qayğı göstərilir. Bunlar hamısı Sizin zəhmətinizin bəhrəsidir.

Allah Sizə möhkəm cansağlığı versin. Biz Sizin üçün daim dua edirik.

Hörmətlə,

Əmiraslanov Tehran.

Azərbaycan Respublikası, Quba şəhəri.