Elvin və Röyal Quliyevlərdən, Sabirabad, Azərbaycan
15 sentyabr 2021, 12:50
Çox hörmətli cənab Prezident,
Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımızı bildiririk. Biz fəxr hissi keçirir və qürrələnirik ki, Sizin Prezidenti olduğunuz ölkədə yaşayırıq. Siz xalqınızı, millətinizi çox sevirsiniz. Əminik ki, müdrik və uzaqgörən fəaliyyətinizi bundan sonra da uğurla davam etdirəcəksiniz.
Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyası nəzarət altındadır. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və ölüm halları dəfələrlə çoxdur. Əlbəttə, bu, Sizin uzaqgörənliyiniz sayəsindədir. Sizinlə fəxr edirik. Allah Sizə və ailənizə cansağlığı versin. Biz Azərbaycan xalqı fəxr edirik ki Sizin kimi Liderimiz var. Gördüyünüz işlər bir daha sübut edir ki, Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısısınız. Dövlətimizin inkişafı, millətimizin xoşbəxtliyi istiqamətində fəaliyyətinizdə Sizi daim dəstəkləyirik və Sizinləyik. Allah Sizi qorusun.
Cənab Prezident, hər çətin gündə Sizinlə yanaşı olan, Sizinlə çiyin-çiyinə Vətənə xidmət edən, xalqına diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da “Çox sağ olun!" deyir, minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyevin siyasi irsini sevən və dəstəkləyən bir nəslin nümayəndəsi kimi Sizi hər zaman dəstəkləmişik və dəstəkləyəcəyik.
Möhtərəm cənab Prezident, Sizə tutduğunuz haqq yolunda uğurlar arzulayırıq. Biz gənc dövlətimizin dünya dövlətləri arasında böyük nüfuza malik olmasından qürur duyuruq. Siz xalqın çətin anlarında vətəndaşların yanında oldunuz. Məcburi köçkünlərə qayğınız isə ölçüyəgəlməzdir. Münxendəki görüşdə Paşinyana ustad dərsi keçməyiniz isə Sizə olan sevgimizi qat-qat artırdı.
Son zamanlar ölüm kabusuna çevrilmiş, dünya iqtisadiyyatını iflic vəziyyətə salmış, bəşəriyyətə qlobal təhlükə yaradan koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşmədi. Heydər Əliyev Mərkəzinin binasının üzərində pandemiyadan əziyyət çəkən ölkələrin bayrağının videoproyeksiya olunması Azərbaycanın bütün dünyada sülh, dostluq, tolerantlıq və insanlığa sevgi mesajı idi. Böyük Yaradan adı Azərbaycanın dövlətçilik tarixinə əbədi həkk olunmuş ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi Sizi hifz etsin.
Hörmətlə,
Quliyev Elvin Şakir oğlu
Quliyev Röyal Şakir oğlu, Füzuli rayon sakinləri.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Güdəcühür kəndi.