Famil Quliyevdən, Goranboy, Azərbaycan
Text size
15 sentyabr 2021, 15:20
Möhtərəm cənab Prezident,
Sizin Goranboy rayonuna hər səfəriniz rayon sakinləri üçün həmişə yaddaqalan olmuşdur.
Goranboy şəhər 1 saylı körpələr evi-uşaq bağçası Birinci Qarabağ müharibəsi şəhidi, qardaşım Quliyev Şamil Əli oğlunun adını daşıyır. Həmin körpələr evi-uşaq bağçası yaxın zamanlarda sökülərək yenidən, müasir standartlara uyğun olaraq tikilmiş və körpələrin istifadəsinə verilmişdir.
Uşaqlara və şəhidlərə göstərilən yüksək diqqətə görə Sizə şəhidin ailəsi adından təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Quliyev Famil Əli oğlu, şəhid qardaşı.
Azərbaycan Respublikası, Goranboy şəhəri.