Rza Rzayevdən, Ağdam, Azərbaycan
15 sentyabr 2021, 14:25
Hörmətli cənab Prezident,
Sizin qətiyyətiniz nəticəsində doğma torpağım işğaldan azad oldu. Sizin sonadək göstərdiyiniz iradəni alqışlayıram. Ağdamın azad olunmasına, Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasına görə Sizə minnətdaram. Mənə şəhid övladımın məzarını ziyarət etmək imkanı verdiyiniz üçün Sizə şəxsən öz adımdan və ailəm adından təşəkkür edirəm.
Siz həmişə şəhid ailələrinə xüsusi diqqət etmisiniz. Onlar müasir şəraitə malik mənzillərlə təmin olunurlar. Sizə bir şəhid atası olaraq ailəm adından bir daha minnətdarlığımı bildirirəm.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Rzayev Rza Məhəmməd oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.