14 sentyabr 2021, 18:40

Zülfiyyə Bağırovadan, Sabirabad, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Bizi doğma Qarabağımıza qovuşdurduğunuza, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyinizə görə Sizə minnətdarıq.

Azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağının dalğalandığını gördükcə qəlbimiz iftixar hissi ilə dolur. Biz xoşbəxt xalqıq ki, Sizin kimi güclü, müdrik Liderimiz var.

Allah Sizi qorusun!

Hörmətlə,

Bağırova Zülfiyyə Qaraxan qızı

Azərbaycan Respublikası, Sabirabad rayonu, Məmişlər kəndi.