Gülşən Əmirova və başqalarından, Ağdam, Azərbaycan
15 sentyabr 2021, 11:43
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş torpaqlarımızda Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, həmçinin erməni vəhşiliyindən zərər çəkən hər bir yaşayış evi, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir
Biz Ağdam rayonunun Xındırıstan kəndinin ziyalıları, sadə zəhmətkeş adamları və gəncləri torpaqlarımızın işğaldan azad edilməsinə və həmin ərazilərdə görülən böyük quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, tezliklə Sizin rəhbərliyinizlə bütün viran olmuş ərazilərimiz bərpa edilib xalqımızın ixtiyarına veriləcək.
Ulu Öndərin davamçısı kimi gördüyünüz işlərə görə Sizə təşəkkür edirik.
Hörmətlə,
Əmirova Gülşən,
Sadıqova Yeganə,
Səfərova Rəsmiyyə,
Hüseynova Səma,
Səfərli Ayşen,
Əmirova Gülnarə.
Azərbaycan Respublikası, Ağdam rayonu, Xındırıstan kəndi.