14 sentyabr 2021, 17:50

Kərim Mehdiyevdən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyiniz səyləri, o cümlədən Qarabağdakı bərpa və quruculuq işlərini, apardığınız kadr və sosial yönümlü dəyişiklikləri, yürütdüyünüz daxili və xarici siyasəti tam dəstəkləyir və bu məsuliyyətli, fədakar işlərinizdə Sizə böyük müvəffəqiyyətlər arzulayıram.

Cənab Prezident, hazırda Şirvan şəhərində aparılan abadlıq və quruculuq işlərinə baxanda mən də böyük qürur hissi keçirirəm. Sizin göstərişlərinizə əsasən şəhərin müasirləşməsi üçün tədbirlər həyata keçirilir. Şirvan şəhər sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Mehdiyev Kərim

Azərbaycan Respublikası, Şirvan şəhəri.