Rafiq Balayevdən, Sabirabad, Azərbaycan
Text size
14 sentyabr 2021, 17:22
Hörmətli cənab Prezident,
Azərbaycan xalqı çox sevinclidir ki, Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu düşmənə öz gücünü göstərərək Qələbə çaldı və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Hazırda həmin ərazilərdə abadlıq-quruculuq, təmir-bərpa işləri uğurla icra olunur.
Azərbaycan xalqı Sizdən, yürütdüyünüz siyasətdən çox razıdır.
Müzəffər Ali Baş Komandan, xalqımız üçün gördüyünüz misilsiz işlərə görə Sizə ailəmiz adından təşəkkür edirəm. Allah hər zaman yolunuzu açıq etsin.
Hörmətlə,
Balayev Rafiq Əflan oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Azadkənd kəndi.