İlham Xubaşovdan, Sabirabad, Azərbaycan
Text size
14 sentyabr 2021, 15:29
Möhtərəm cənab Prezident,
Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində şanlı Qələbə qazandığımız üçün mən Vətən müharibəsi iştirakçısı olaraq qürur hissi keçirirəm. Bu Qələbə tarix boyu xatırlanacaq. Bizi döyüşdən-döyüşə ruhlandıran, bizə qol-qanad verən Sizin qətiyyətiniz, qələbəyə inamınız, xalqımızın birliyi və həmrəyliyi idi. Hər bir əsgər qələbəyə köklənmişdi və bunun nəticəsini biz gördük.
Cənab Prezident, Sizə hər zaman uğurlar arzulayıram.
Hörmətlə,
Xubaşov İlham Musa oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Azadkənd kəndi.