Qurban Süleymanovdan, Siyəzən, Azərbaycan
14 sentyabr 2021, 16:00
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçmiş, beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Ali Baş Komandanlığınızla Vətən müharibəsində Qələbə qazanmağımız hər bir vətəndaşımızın qəlbində böyük sevinc və qürur hissi yaratdı. Siz şanlı Ordumuzun köməkliyi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz, xalqımızın milli qürurunu özünə qaytardınız, dövlətimizin qüdrətini bütün dünyaya sübut etdiniz. Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Gördüyünüz bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Sizin məqsədyönlü siyasətiniz, əvəzolunmaz xidmətləriniz qədirbilən xalqımız tərəfindən həmişə rəğbətlə qarşılanır.
Hörmətli Prezidentimiz, belə həssas bir dövrdə aztəminatlı ailələrin problemlərinin həlli, sosial təminatın yaxşılaşdırılması, rifahının daha da yüksəldilməsi, sağlamlığının qorunması istiqamətində gördüyünüz işləri alqışlayırıq. Siz hər zaman atdığınız addımlarla siyasətinizin mərkəzində insan amilinin dayandığını sübut edirsiniz. Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik.
Hər şey üçün təşəkkür edirik.
Dərin hörmətlə,
Süleymanov Qurban Akif oğlu
Azərbaycan Respublikası, Siyəzən şəhəri.