14 sentyabr 2021, 15:00

Cuma Cumayevdən, Oğuz, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin güclü siyasi iradəniz və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunub. Bu Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda bütün azərbaycanlılar kimi, Oğuz rayon gəncləri də iştirak ediblər. Onlardan 25-i şəhid olub, 66-sı yaralanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman xüsusi diqqət və qayğısı olmuşdur. Onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Oğuz rayonunda da torpaqlarımızın azad olunması uğrunda həlak olmuş şəhidlərin ailələrinə və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşılır. Oğuz şəhərində şəhidlərin ölməz ruhunun əbədiləşdirilməsi üçün yaradılmış şəhidlər xiyabanında əsaslı təmir-tikinti və yenidənqurma işləri aparılıb.

Əziz Prezident, Müzəffər Ali Baş Komandan, bütün bunlara görə Sizə oğuzlular adından dərin təşəkkürümü bildirirəm.

Oğuz rayon ağsaqqalları adından hörmətlə,

Cumayev Cuma Xəlil oğlu,

Oğuz rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Oğuz rayonu.