Hüseyin Məmmədovdan, Ağdam, Azərbaycan
14 sentyabr 2021, 16:38
Hörmətli cənab Prezident.
Düşmən üzərində Sizin rəhbərliyinizlə tarixi Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərdə dəfələrlə oldunuz və erməni vəhşiliyini dünyaya nümayiş etdirdiniz.
Siz həmin ərazilərdə olarkən bildirdiniz ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Ağdam rayonunda dağılmış evlərin bərpasının başlanılması və digər abadlıq işləri əhali tərəfindən rəğbətlə qarşılanır. Bizim ailə üzvlərimiz dağılmış evimizin tam bərpa edildiyinə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Müzəffər Ali Baş Komandan, mən bir qarabağlı, ağdamlı kimi Sizin tapşırığınızla aparılan quruculuq–abadlıq işlərinin uğurla həyata keçirilməsindən qürurlanır və fəxr edirəm.
Hörmətlə,
Hüseyin Məmmədov
Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.