Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

31 avqust 2021, 14:35

Hörmətli cənab Prezident,

Qardaş Özbəkistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Ötən dövr ərzində Sizin müdrik rəhbərliyiniz altında Özbəkistanda

sosial-iqtisadi tərəqqi və digər sahələrdə mühüm nailiyyətlərin əldə edilməsi qardaş dövlət olaraq bizi çox sevindirir.

Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Bu münasibətlərimiz siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.

Əminəm ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində atdığımız birgə addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Özbəkistan Respublikasına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2021-ci il 

SƏNƏDLƏRSərəncamlar29 noyabr 2021
13:30
İ.F.İskəndərovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsul...

29 noyabr 2021, 13:30
XƏBƏRLƏRSəfərlər28 noyabr 2021
15:00
Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə rəsmi nahar verilib

Noyabrın 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi nahar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlh...

28 noyabr 2021, 15:00