Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib

27 avqust 2021, 18:15

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.

Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:

“Hörmətli bacılar və qardaşlar!

Əziz dostlar!

Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!”.

Sevgilərlə,

Sizin MEHRİBAN”.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10