Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Kəlbəcər və Laçın rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb

16 avqust 2021, 22:30

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 16-da rəsmi instaqram səhifəsində Kəlbəcər və Laçın rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb.

Paylaşımda deyilir:

“Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

X X X

Kəlbəcərə gedərkən avtomobildən çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: Mehriban xanım Kəlbəcərin gözəl mənzərəsini çəkir və yol boyunca Azərbaycanın gözəl təbiətini seyr edirik. Əminəm ki, bu, kadrlara baxanlar üçün də çox maraqlı olacaq. Artıq Kəlbəcərin meşələri də göründü. Bildiyimiz kimi, Kəlbəcərin çox füsunkar təbiəti var – dağlar, dərələr, meşələr.

X X X

Baxın bu dağıntılara. Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar. Bütün binaları, su elektrik stansiyalarını, hamısını dağıdıblar. Bu dağıntılar erməni vəhşiliyinin növbəti təzahürüdür.

X X X

Ermənilər tərəfindən dağıdılmış evlər. Bura Zallar kəndinin ərazisidir.

X X X

Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz yaradılıb və bu yüksəkgərginlikli xətlər bu yaxınlarda çəkilib.

Bu asfalt yolu da ermənilər Basarkeçərdən çəkiblər. Kəlbəcərə getmək üçün Laçın dəhlizinə alternativ bir yol çəkmişdilər. Görün, gözəl də yoldur. İndi biz bu yoldan istifadə edirik. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz etmişdir. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04