26 iyul 2021, 15:33

Rövşən Bağırovdan, Gəncə, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Azərbaycan Dövlət Aqrar Universitetin dosenti, gənc aliməm. Bu gün Sizə səmimi minnətdarlıq hisslərimi yazmaqdan məmnunluq duyuram.

Siz bütün varlığınızla müstəqil Azərbaycanın ərazi bütövlüyünü qoruyursunuz. Qarabağın qaytarılmasında əvəzsiz xidmətlərinizlə adınızı tarixə yazdırdınız.

Mən bütün Gəncə əhalisinin adından Sizə təşəkkürümü bildirirəm. Biz daim Sizin yanınızda olacağıq, çünki Siz xalqın dayağısınız, xalq da Sizin dayağınızdır.

Sizin hər bir çıxışınıza baxdıqca qürurlanırıq. Fəxr edirik ki, Heydər Əliyev məktəbinin layiqli davamçısı var.

Sizin atanız - ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlətimiz üçün xidmətləri əvəzsiz olub. Bu günlər baş verən hadisələrin hər biri bunu bir daha təsdiq edir.

Mən bütün varlığımla Sizin yanınızdayam, daim Sizin rəhbərliyinizlə ölkəmizə xidmət etməyə hazıram.

Hörmətlə,

Rövşən Bağırov

Azərbaycan Respublikası, Gəncə şəhəri