26 iyul 2021, 12:32

Tatyana Çumakovadan, Stavropol, Rusiya

Çox hörmətli cənab Prezident.

Qardaş Qafqaz xalqları arasında günəşli Azərbaycan sakinlərinin özünəməxsus xüsusi yeri vardır. Xalqınız misilsiz cəsarət, igidlik göstərən qəhrəmanları ilə tanınır.

Biz respublikanızın sanatoriyamızda rahat şəraitdə dincələn nümayəndələri ilə dostluğumuzdan qürur duyuruq. Biz səmimi dostlarla görüşməkdən daim məmnunuq.

Sizi hərarətlə salamlayır, Sizin şəxsinizdə şanlı Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirik. Yurdunuzda həmişə sülh, sakitlik və firavanlıq hökm sürsün. Böyük xalqınıza yeni qələbələr, uğurlar və nailiyyətlər arzu edirik.

Dərin hörmətlə,

Tatyana Çumakova

Rusiya Regional Qadınlar Şurasının sədri, Stavropolun Əmək Qəhrəmanı, Rusiyanın Fəxri Vətəndaşı, "Pyatiqorsk Narzan" Klinik Sanatoriyasının baş direktoru

Rusiya Federasiyası, Stavropol vilayəti