24 iyul 2021, 10:30

Elman Bayramovdan, Moskva, Rusiya

Çox hörmətli cənab Prezident,

65 yaşım münasibətilə məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Fəaliyyətimin Sizin tərəfinizdən belə yüksək qiymətləndirilməsi məni çox qürurlandırır və sevindirir, eyni zamanda, Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin inkişafı üçün səylərimi davam etdirməyə ruhlandırır.

Həmvətənlərimizin fəaliyyətinə daim diqqət göstərməyiniz Rusiya Federasiyasındakı Azərbaycan diasporu tərəfindən yüksək qiymətləndirilir.

Fürsətdən istifadə edərək Sizi və bütün Azərbaycan xalqını 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ilə uzunmüddətli erməni işğalına son qoyulması və tarixi ədalətin bərpa olunması münasibətilə ürəkdən təbrik edirəm.

Siz müdrik və güclü Lidersiniz, ölkəmizin əsl vətənpərvərisiniz və uzun illərdir ki, Azərbaycanın tərəqqisi və firavanlığı üçün var gücünüzlə çalışırsınız.

Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Bayramov Elman, Moskva şəhərində yerləşən “Mosazervinzavod” Səhmdar Cəmiyyətinin Baş direktoru

Rusiya Federasiyası, Moskva şəhəri