24 iyul 2021, 15:00

Hökumə Mehrəliyevədən, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Qarabağın işğaldan azad olunması münasibətilə Sizi ailəmin adından və şəxsən öz adından ürəkdən təbrik edirəm.

Ulu öndərimiz Heydər Əliyev bu günlərə görə Sizinlə fəxr edərdi, qürur duyardı – necə ki, bütün xalqımız Sizinlə fəxr edir, qürur duyur.

Hörmətli cənab Prezident, Sizin uzaqgörən siyasətinizin, Vətən sevginizin qarşısında baş əyirik. Azərbaycanda görülən işlərin vüsəti inkişaf etmiş ölkələri belə təəccübləndirir.

Siz 30 illik Qarabağ həsrətimizə son qoydunuz. Xalqımız daim Sizə güvənir, bundan sonra da güvənəcək. Ölkəmiz gündən-günə inkişaf edir, inşallah, bundan sonra da Sizin rəhbərliyinizlə gülüstana çevriləcək.

Ailəmiz adından Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzu edirik.

Cənab Prezident, üzünüz hər zaman gülsün ki, xalqımızın da üzü gülsün. Bizim əbədi Prezidentimiz, çox yaşayın, var olun!

Hörmətlə,

Mehrəliyevə Hökumə Səfər qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu