24 iyul 2021, 12:45

Zərnişan Hüseynovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmış yenilməz Ordumuzun polad iradəli, Müzəffər Ali Baş Komandanı, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış, sözü imzası qədər qüvvətli olan Lidersiniz. “Qarabağ zəfəri” adlı şeirimi Sizə ithaf edirəm.

Ölkənin şahanə məğrur qartalı

Bələddir gücünə, iqtidarına

Aldı Qarabağı ixtiyarına

Qarabağ düşübdü xarabazara

Virandı, bərbaddı baxırsan hara

Qısa müddətdə dəyişir

Görən mat qalır ki, necə işdi bu

Başqası sərf etsə ömrünü belə

Qələbə olmazdı Qarabağımda

Göstərin kimdə var belə bir hünər

Nə əzab, əziyyət gözə görünər

Qoy Tanrı qorusun hər bəd niyyətdən

Ömrü uzun olsun əbədiyyətdən

Hər zaman taleyi ona yar olsun

Şöhrətdə, zəfərdə uğurlar olsun

Qarabağ zəfəri əbədi olsun

Yoluna nur saçan Yaradan olsun!

Hörmətlə,

Hüseynova Zərnişan Nizam qızı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

“Teleradio” İstehsalat Birliyinin 45 illik əmək veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri