23 iyul 2021, 18:34

Əli Nurzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz şəhid ailələrinə böyük diqqət və qayğı göstərirsiniz, onların sosial rifahının yaxşılaşdırılması üçün əlinizdən gələni əsirgəmirsiniz. Bir şəhid atası kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Mən oğlum Nurzadə Rövşənin Vətən müharibəsində, torpaqlarımızın azadlığı uğrunda şəhid olması ilə qürur duyuram.

Cənab Prezident, bu yaxınlarda bizi mənzillə təmin etdiyinizə görə ailəmiz adından Sizə təşəkkür edir, “Çox sağ olun” deyirəm. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var.

Sizə yorulmaz fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin!

Hörmətlə,

Əli Nurzadə

Şəhid atası, Xalq artisti

Azərbaycan Respublikası, Bakı şəhəri