22 iyul 2021, 16:00

Rövşən Tağıyevdən, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən şəhid ailəsinin üzvü olaraq Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu bizim borcumuzdur.

Bizim ailə dövlətimizdən hər zaman böyük diqqət və qayğı görmüşdür. Problemlə qarşılaşdığımız zaman bizə lazımi kömək göstərilir və məsələ öz həllini tapır. Həyat yoldaşım bu yaxınlarda dövlət tibb müəssisəsində uğurla əməliyyat olundu. Oğlumun işsiz olması məni narahat edirdi ki, o da artıq işlə təmin olunmuşdur.

Eyni zamanda, qeyd etməyi özümə borc bilirəm ki, tanıdığım bir çox şəhid ailəsi də dövlətimizin qayğısından, problemlərinin həllindən daim razılıq edirlər.

Cənab Müzəffər Ali Baş Komandan, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah ömrünüzü uzun etsin.

Hörmətlə,

Rövşən Tağıyev

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Göygöl rayonu, Mollacəlilli kəndi