17 iyul 2021, 18:30

İlqar Mehdizadədən, Tərtər, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Sizin ölkəmiz üçün gördüyünüz işlər barədə bu gün hər kəs ağızdolusu danışır. Çünki Siz ölkəmizə rəhbərlik etdiyiniz 2003-cü ildən bəri Azərbaycanı bütün dünyaya tanıdaraq ölkəmizi inkişaf və tərəqqi yolu ilə irəli aparmısınız. Siz daim öz qətiyyətiniz və əzminizlə haqqımız olanı bizə bəxş etmisiniz. Siz 2020-ci ildə “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımızı yağı düşməndən azad edərək bizə qaytardınız. Hazırda Qarabağda misli görünməmiş təmir, tikinti və bərpa işləri gedir.

Cənab Prezident, mən bir qarabağlı olaraq respublikamız və doğma Qarabağımız üçün gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi ucalardan uca etsin! Tanrı Sizi və ailənizi qorusun. Daha uzun illər respublikamıza rəhbərlik edəsiniz. İnşallah!

Mən məktubumu dünyanı heyran qoyan, dahi lider Heydər Əliyevin qızıl kəlamı ilə bitirmək istəyirəm: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Hörmətlə,

Mehdizadə İlqar

Azərbaycan Respublikası, Tərtər rayonu, Qızıloba kəndi