16 iyul 2021, 11:20

Zülfüqar Həsənovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illərdə respublikamızın bütün bölgələrində olduğu kimi, Şirvan şəhərində də həyata keçirilən tikinti, quruculuq işləri bizi çox sevindirir. Bunun nəticəsidir ki, şəhərimiz gündən-günə abadlaşır və inkişaf edir. Binaların dam örtükləri yenilənib, səliqəsiz məhəllələr sökülərək onların yerində müasir parklar salınıb, küçələr işıqlandırılıb.

Cənab Prezident, gördüyünüz bütün işləri, həyata keçirdiyiniz uğurlu islahatları dərin minnətdarlıq hissi ilə qarşılayırıq. Sizi daim dəstəkləyəcək, ətrafınızda sıx birləşərək dövlətimizin, şəhərimizin daha da inkişafı üçün var qüvvəmizlə çalışacağıq. Göstərdiyiniz diqqət və qayğıya görə bütün şirvanlılar adından Sizə sonsuz təşəkkürümü bildirirəm.

Əziz Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da qüdrətlənməsi, xalqımızın rifahının yaxşılaşdırılması, mütərəqqi islahatların həyata keçirilməsi yolunda yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Zülfüqar Həsənov

Azərbaycan Respublikası, Şirvan şəhəri