Əfruzə Mirzəyeva və başqalarından, Goranboy, Azərbaycan
16 iyul 2021, 13:05
Möhtərəm cənab Prezident.
Son illər Sizin rəhbərliyinizlə bir çox sahələrin inkişafı ilə yanaşı, yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində əsaslı işlər görülür. Sizin sərəncamınızla Goranboy rayonunun yaşayış məntəqələrində əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə yeni asfalt yolların çəkilişi bunun bariz nümunəsidir. Rayonumuzun kənd yolları yenidən qurulur. Bizim yaşadığımız Yeniyol kəndində də gözəl yollar çəkilmişdir.
Cənab Prezident, kəndimizin sakinləri hər zaman Sizinlədir. Bu işlərin görülməsi bir daha onu göstərir ki, ölkəmiz öz tarixinin ən qüdrətli inkişaf dövrünü yaşayır. Bizə göstərdiyiniz qayğı və diqqətə görə həyatımız boyu Sizə minnətdarıq.
Yeniyol kənd sakinləri adından dərin hörmətlə,
Mirzəyeva Əfruzə Muxtar qızı - Şəhid anası
Xudiyev Elşən Mikayıl oğlu - Qarabağ müharibəsi əlili
Əliyev Üzeyir Hacı oğlu - Vətən müharibəsi qazisi
Əliyev Fərid Aydın oğlu - Vətən müharibəsi qazisi
Hacıyev Gündüz Oruc oğlu - Qarabağ müharibəsi veteranı
Azərbaycan Respublikası, Goranboy rayonu, Yeniyol kəndi