16 iyul 2021, 16:00

Sevda Sadıxzadədən, Bakı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin hər çıxışınızı diqqətlə dinləyir, hər dəfə də Sizinlə fəxr edirik!

Azərbaycan xalqı çox şanslı bir xalqdır ki, Sizin kimi rəhbəri var. Xalqımız daim Sizin göstərdiyiniz qayğıdan bəhrələnir. Sizin sayənizdə qələbə sevinci yaşadıq, torpaqlarımızın qaytarılmasının şahidi oluruq. Bu anları yaşadığımıza görə Sizə minnətdarıq.

Gördüyünüz hər işdə, getdiyiniz hər yolda Sizə uğurlar diləyir, daim müzəffər olmağınızı arzu edirik!

Var olun, çox sağ olun, Sizi çox sevirik!

Hörmətlə,

Sevda Sadıxzadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu