15 iyul 2021, 19:20

Fariz Cavadovdan, Şirvan, Azərbaycan

Əziz və dəyərli Prezidentimiz cənab İlham Əliyev.

Bu gün ölkəmizdə aparılan inqilabi islahatların gözəl nəticələri hiss olunmaqdadır.

Ümummilli lider Heydər Əliyevin davamçısı kimi Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Hazırda dünyada ən böyük problem olan koronovirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılması üçün atılan addımlar təqdirəlayiqdir.

Siz hər zaman bildirmisiniz ki, Azərbaycan xalqının rifahı hər şeydən üstündür. Sizin siyasətinizin ətrafında hər zaman birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident!

Hörmətlə,

Fariz Cavadov

Azərbaycan Respublikası, Şirvan şəhəri