15 iyul 2021, 15:25

Elnur Hüseynzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən hərbçi olaraq, Sizin möhkəm iradəniz, böyük sərkərdəlik bacarığınız və şanlı Ordumuzun gücü sayəsində qazanılan Zəfərə görə Sizə təbriklərimi və minnətdarlığımı çatdırıram.

Biz başımızı uca tutaraq Sizin qazandığınız uğurlarla qürur duyuruq. Qarabağ Zəfəri tarix dərsliklərə qızıl hərflərlə yazılacaq möhtəşəm tarixi hadisədir. Uzun illər erməni tapdağında qalan torpaqlarımız məhz Sizin möhkəm iradəniz sayəsində rəşadətli Ordumuz tərəfindən azad olundu və 30 illik həsrətə son qoyuldu. Azərbaycan xalqı Sizinlə fəxr edir, Sizinlə qürur duyur.

Biz xalq olaraq daim Sizin siyasətinizi dəstəkləyirik və dəstəkləyəcəyik.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Hüseynzadə Elnur

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu