14 iyul 2021, 19:00

Nail Şəfizadədən, Tərtər, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Bu minnətdarlıq məktubunu Sizə özüm və ailəm adından yazıram.

Respublikamıza rəhbərlik etdiyiniz 18 il ərzində ölkəmiz inkişaf və tərəqqi dövrü keçirib. Vətən müharibəsindən dərhal sonra Sizin verdiyiniz tapşırıqlara əsasən müharibə zamanı rayonumuza dəymiş zərər sürətlə aradan qaldırılır və hətta mən deyərdim ki, Tərtər əvvəlkindən də gözəl və müasir dizaynda, bütün standartlara cavab verə biləcək şəkildə qurulur. Bu da rayonumuzun gözəlliyinə gözəllik qatır. Yaşadığım Azad Qaraqoyunlu kəndini qonşu kəndlərlə birləşdirən kəndarası yola asfalt örtüyü çəkilib. Biz artıq rayon mərkəzinə və qonşu kəndlərə daha rahat və qısa vaxt ərzində gedə bilirik.

Cənab Prezident, ölkəmiz və doğma rayonum olan Tərtər rayonu üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi bizim başımız üzərindən əskik etməsin, uzun illər ölkəmizə rəhbərlik edəsiniz. Sizin alternativiniz yoxdur. Çünki Siz ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyətin oğlusunuz.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şəfizadə Nail Atamoğlan oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi