14 iyul 2021, 16:50

Rəşid Mahmudovdan, Zərdab, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Mən Zərdab rayonunun Körpükənd kəndində yaşayıram. Kəndimizin avtomobil yolu narahat vəziyyətdə olduğundan sakinlər çox əziyyət çəkirdi. Bu yolda tikinti işlərinə başlanılması bizi çox sevindirdi. Yolun 5 kilometrə qədər olan hissəsi qaydaya salınaraq sakinlərin istifadəsinə verilib. Bu işin görülməsindən çox məmnunuq.

Yolumuzun tikintisinə, yenidən qurulmasına görə bir kənd sakini olaraq, Sizə təşəkkür edirəm.

Cənab Prezident, Sizin siyasətinizin vurğunuyuq. Allah Sizə möhkəm cansağlığı, uzun ömür versin.

Hörmətlə,

Mahmudov Rəşid

Azərbaycan Respublikası, Zərdab rayonu, Körpükənd kəndi