19 iyun 2021, 17:15

Yeganə Göyüşlüdən, Qazax, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi və bütün xalqımızı ali məqsədlərimiz uğrunda yürütdüyünüz qətiyyətli siyasi mübarizənizin uğurlu nəticələri münasibətilə ürəkdən təbrik edirəm.

Əlamətdar tarixi günlərimizdə düşünülmüş şəkildə həyata keçirdiyiniz təməlqoymalar, imzaatmalar yazılı tariximizi yaşanan şərəfli günlərlə daha da zəngin edir.

15 İyun – Milli Qurtuluş Günündə qardaş Türkiyə ilə Azərbaycan Respublikası arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması dövlətçilik tariximizə növbəti möhtəşəm zəfər olaraq yazıldı.

İki qardaş dövlətin, güvəndiyimiz və qürur duyduğumuz iki dünya şöhrətli Türk liderinin niyyətlərinin, səylərinin və qətiyyətlərinin bəhrə verdiyi tarixi gün oldu.

Dörd bir yandan aldığımız ayrılıq adlı kəsik yaralarımızı qaynaq edən, xalqlarımızın könül dünyasında uzun illər bəslədiyi arzularını ərsəyə gətirən şanlı Türk sərkərdələri, möhtərəm Prezidentimiz İlham Əliyev və Cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğan!

Dualarımız və şükranlarımız Sizinlədir, birliyimiz və qardaşlığımız sarsılmasın!

Tanrı Sizi qorusun!

Hörmətlə,

Göyüşlü Yeganə Göyçə qızı

Azərbaycan Respublikası, Qazax rayonu.