19 iyun 2021, 14:55

Cavadovlar ailəsindən, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım!

Azərbaycanın bütün bölgələri kimi, Neftçala rayonunda görülən işlərə görə Sizə özümüzün və ailə üzvlərimizin adından təşəkkürümüzü bildiririk.

Kür çayı sahilində salınmış istirahət parkında, açıq havada böyük idman-əyləncə mərkəzi yaradılmışdır. Bu gün yüzlərlə gənc ailələr, uşaqlar, nəvələrimiz istirahət etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün həmin parka gəlirlər. Bu, Neftçala rayon sakinlərini çox sevindirir. Nəvələrimizin sevinə-sevinə oynadıqlarını görmək ürəyimizi açır, bizi sanki cavanlaşdırır.

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım!

Biz həmişə inanmışıq və bu gün də inanırıq ki, ölkəmiz Sizlərin sayəsində daha da inkişaf edəcək, dünyanın ən güclü dövlətlərindən birinə çevriləcəkdir. İkinci Qarabağ savaşında Qələbəmiz bunu bir daha təsdiq edir.

Allah Sizləri, övladlarınızı və nəvələrinizi qorusun, Sizlərə cansağlığı versin. Ölkəmizdə firavanlıq, əmin-amanlıq olsun. Bir daha öz dərin təşəkkürümüzü bildiririk.

Cavadovlar ailəsi adından hörmətlə,

Cavadov Hüseyn,

Cavadov Nurəddin,

Cavadov Qurban,

Cavadov Ruslan və başqaları (18 nəfər).

Azərbaycan Respublikası, Neftçala şəhəri.